Image

Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib

Ermənistanın Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair müxalifətin şikayətini rədd edib və Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin yekunları ilə bağlı qərarını qüvvədə saxlayıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, məhkəmədə işə baxılması altı gün davam edib, iclasların ümumi müddəti isə təxminən 50 saat olub. 

Seçkilərin nəticələrinin ləğvi və ya səsvermənin ikinci turunun təyin edilməsi tələbi ilə "Güclü Ermənistan" və "Ermənistan" blokları, həmçinin "Yeni güc", "Respublika naminə", "Çiçəklənən Ermənistan", "Birlik qanadları" və "Demokratiya, qanun, nizam-intizam" partiyaları Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Onlar seçki prosesində sistemli və kütləvi pozuntuların baş verdiyini iddia edirdilər. 

İyunun 7-də keçirilən parlament seçkilərində bülletenlərin 100%-i hesablandıqdan sonra Baş nazir Nikol Paşinyanın "Mülki müqavilə" partiyası səslərin 49,83%-ni qazanaraq parlamentdə təkbaşına hökumət formalaşdırmaq imkanı əldə edib. 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib