İran və Qətər beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa edib
İran və Qətər arasında dəniz ticarəti təxminən beş aylıq fasilədən sonra bərpa olunub.Bu barədə İranın dövlət mediasına istinadən "Reuters" məlumat yayıb.
İranın Dohadakı ticarət attaşesi Abbas Əbdülxaninin sözlərinə görə, Fars körfəzində yerləşən İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında gəmi reysləri İranın Dohadakı səfirliyi və Qətər hakimiyyəti arasında aparılan koordinasiyadan sonra yenidən başlayıb.
Məlumata görə, İran, ABŞ və İsrail arasında baş vermiş hərbi əməliyyatlar zamanı Deyyer limanı dəfələrlə zərbələrə məruz qaldığından marşrut üzrə daşımalar dayandırılmışdı. Üzbəüz yerləşən Deyyer və Ər-Ruvays limanları əsasən regional ticarətə xidmət edir.
Bundan əvvəl Qətərin Nəqliyyat Nazirliyi ölkədə dəniz daşımalarının tam həcmdə bərpa olunduğunu açıqlamışdı.
Mənbə: anews.az