"Qarabağ" Cebrail Makreçkisi transfer edib
2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Macarıstanın "Ferentsvaroş" klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin formasını geyinəcək və 25 nömrə altında çıxış edəcək.
Almaniyada anadan olan Makreçkis futbol təhsilini Leverkuzenin "Bayer 04" akademiyasında alıb. O, peşəkar karyerası ərzində Almaniyanın "Bonner", Dortmund "Borussiya"sının ikinci komandası, Berlin "Viktoriya"sı, Bolqarıstanın "Pirin" (Blaqoevqrad) və Macarıstanın "Ferentsvaroş" klublarında çıxış edib. Müdafiəçi 2018-ci ildə Latviyanın U-19 millisinin də formasını geyinib.
Mənbə: anews.az