Image

Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Fransanın şərqindəki Vinjen-sür-Moder kommunasında yerləşən "Lalique" Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.Bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, naməlum şəxslər ümumilikdə 20-yə yaxın zinət əşyasını ələ keçiriblər. İlkin hesablamalara əsasən, oğurluq nəticəsində dəyən zərər təxminən 4 milyon avro təşkil edir. 

Hadisə yerli vaxtla saat 05:30 radələrində baş verib. Məlumata görə, binaya daxil olan şəxslər birbaşa zinət əşyalarının saxlanıldığı zala keçiblər. Siqnalizasiya işə düşsə də, şübhəlilər hadisə yerindən qaçmağa müvəffəq olublar. 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib