Image

SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib

Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.Bu barədə AZƏRTAC xəbər verir.

İyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qalıb. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"SOCAR Energy Ukraine" şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd "Şahed" tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib.

Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib