Image

İngiltərə Meksikanı məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib

İngiltərə millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksikanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Oyun Mexikoda keçirilib və pis hava şəraiti səbəbindən bir saat gec başlayıb.

İngiltərə millisində Cud Bellinqem 36-cı və 38-ci dəqiqələrdə fərqlənərək dubl edib. Harri Keyn isə 60-cı dəqiqədə penaltidən qol vurub.

Meksika millisinin qollarını 42-ci dəqiqədə Xulian Kinyones və 69-cu dəqiqədə penaltidən Raul Ximenes vurub.

54-cü dəqiqədə İngiltərə yığmasının müdafiəçisi Carell Kuansa kobud qayda pozuntusuna görə meydandan qovulub.

İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu