Əliyev Malavinin Müstəqillik Günü münasibətilə Prezident Artur Piter Mutarikaya təbrik göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda Malavi xalqını milli bayram münasibətilə təbrik edərək, Azərbaycan ilə Malavi arasında münasibətlərin dostluq şəraitində inkişaf edəcəyinə və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.
Prezident İlham Əliyev həmçinin Malavi Prezidentinə möhkəm cansağlığı, ölkə xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
Mənbə: anews.az