Image

ADY iyunda yük daşımalarını 20% artırıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyununda 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

ADY-dən verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.

Məlumata görə, tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb