ABŞ-nin şərq sahillərində daşqınlar gözlənilir
ABŞ-nin Atlantik sahili ştatlarında, eləcə də ölkənin bəzi digər bölgələrində daşqın riski elan edilib.
bu barədə ABC News yazır.
Kanal qeyd edir ki, "Ohayodan Massaçusets və Virciniyaya qədər 60 milyondan çox insan bayram həftəsonu Şərq sahilini bürüyən isti hava dalğasından sonra mümkün daşqınlara hazırlaşır".
Fırtınanın mərkəzində Nyu-York ştatı və Lonq Aylend olacağı proqnozlaşdırılır. Konnektikut, Rod-Aylend və Massaçusets ştatlarında da güclü yağış gözlənilir. Nyu-York və Nyu-Cersi hava limanlarında artıq yüzlərlə uçuş ləğv edilib.
Mənbə: anews.az