“Qarabağ” – “Vestri” oyununa 16 mindən çox bilet satılıb
“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəyi oyuna 16 350 bilet satılıb.
Matç iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 manatdır. VIP sektorlar üzrə biletlər 50, 75 və 100 manat, VVIP biletlər isə 150 manat təşkil edir.
N.Təbrizli
Mənbə: anews.az