Messi dünya çempionatları tarixində antirekorda imza atıb
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində eyni turnirdə iki penalti zərbəsini qaçıran ilk oyunçu olub.
O, DÇ-2026-nın 1/8 finalında Misirlə oyunun 21-ci dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib.
Messi bundan əvvəl qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə də penalti zərbəsindən yararlana bilməmişdi. Bununla da o, dünya çempionatları tarixində eyni final mərhələsi çərçivəsində iki penalti qaçıran ilk futbolçu kimi qeydə alınıb.
Mənbə: anews.az