Tbilisi hava limanında elektrik kəsilib
İyulun 7-də yağan güclü leysan yağışları nəticəsində Tbilisi Beynəlxalq Hava Limanının terminal binasının bir hissəsini su basıb və elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.Bu barədə Gürcüstan Kiv-i xəbər verir.
Hava limanı rəhbərliyi insidentin əlverişsiz və kəskin hava şəraiti ilə bağlı olduğunu açıqlayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində sərnişinlər dərhal terminal binasından kənarlaşdırılıb.
Problemin qısa müddətdə aradan qaldırılması üçün xüsusi texniki qrup hadisə yerinə cəlb olunub.
Mənbə: anews.az