Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu təsdiqləyib.
Netanyahu bu barədə CNN telekanalına müsahibəsində danışıb.
"Aramızda vaxtaşırı fikir ayrılıqları olub. O, ABŞ prezidentidir və ABŞ üçün ən doğru hesab etdiyi qərarları verir. Mən isə İsrailin Baş naziri kimi ölkəm üçün vacib və faydalı olan addımları atıram", – Netanyahu deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin maraqları əksər hallarda üst-üstə düşür.
"Əsas məsələlərdə mövqelərimiz eynidir. Bəzən fikir ayrılığı olsa da, biz əsl müttəfiqlərik", – Baş nazir əlavə edib.
Mənbə: anews.az