Image

Tramp: İranla imzalanmış memorandum artıq qüvvədə deyil

Vaşinqtonla Tehran arasında imzalanmış memorandum artıq qüvvədə deyil. Bunu ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"İranla memorandum qüvvəsini itirib", – deyən Tramp əlavə edib ki, "ötən gecə Birləşmiş Ştatlar İrandakı obyektlərə güclü zərbələr endirib" və "artıq iranlılarla iş görmək istəmir".

ABŞ Prezidenti memorandumun qüvvədən düşməsi ilə bağlı əlavə hüquqi və ya texniki detallar açıqlamayıb.

ABŞ və İran iyunda münasibətlərin normallaşdırılması istiqamətində memorandum imzalamışdılar. Sənəd tərəflər arasında daha geniş sülh sazişi üzrə danışıqlar üçün çərçivə rolunu oynayırdı və ABŞ-ın İran neftinin hasilatı, satışı və ixracına tətbiq etdiyi bəzi sanksiyaların müvəqqəti yumşaldılmasını nəzərdə tuturdu.

Lakin son günlər Hörmüz boğazında baş verən insidentlər və Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları iki ölkə arasında gərginliyi yenidən artırıb. ABŞ administrasiyası artıq İran neftinin satışına imkan verən müvəqqəti lisenziyanı da ləğv edib və bunu Tehranın son hərəkətləri ilə əsaslandırıb.

Trampın son açıqlaması memorandumun faktiki olaraq qüvvədən çıxdığını təsdiqləyən ilk rəsmi bəyanatlardan biri hesab olunur.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Azərbaycan nefti bahalaşıb