Image

DSX: İrandan Azərbaycana 78 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycanın İranla dövlət sərhədində 78 kiloqram 250 qram narkotik vasitənin və 1 990 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı DSX-nin "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə, o cümlədən 5 kiloqram 530 qram marixuana, 850 qram tiryək, eləcə də 1 990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək götürülüb.

Bundan başqa, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 71 kiloqram 870 qram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DSX bildirib ki, faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Azərbaycan nefti bahalaşıb