Image

Nazir: bu yolla gedənlər Azərbaycan vətəndaşlığını itirə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrdə silahlı münaqişələrə cəlb olunmanın Azərbaycan qanunvericiliyinə əsasən cinayət olduğunu bildirib və vətəndaşları bu cür çağırışlara uymamağa səsləyib.

Bayramov bu fikirləri İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Ayman Safadi ilə Bakıda keçirdiyi birgə brifinqdə səsləndirib.

"Bu, müxtəlif vədlər və yollarla həyata keçirilir. Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu, qanunvericiliyin pozulmasıdır", – nazir deyib.

O əlavə edib ki, bu cür əməllər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər.

Bayramov çıxışında vətəndaşların qanunvericiliyin tələblərinə əməl etməsinin vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq