NATO-nun növbəti Zirvə toplantısı gələn il Albaniyada keçiriləcək
NATO-nun Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısı 2027-ci ildə Albaniyada keçiriləcək. Bu barədə NATO-nun baş katibi Mark Rutte Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Rüttenin sözlərinə görə, qərar alyansın NATO Sammiti zamanı qəbul edilib.
O qeyd edib ki, sammitin keçiriləcəyi dəqiq tarix hələ müəyyənləşdirilməyib.
Mənbə: anews.az