Almaniyada isti hava səbəbindən ölənlərin sayı artıb
Almaniyada iyunun son həftəsində müşahidə olunan anomal istilər fonunda ölüm hallarının sayı son üç ilin orta göstəricisini üstələyib.Bu barədə yerli media Federal Statistika İdarəsinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, iyunun 22–28-də ölkədə 23 655 ölüm halı qeydə alınıb ki, bu da son üç ilin eyni dövr üzrə orta göstəricisindən 5 655 nəfər çoxdur.
Ölkənin bəzi bölgələrində isti hava rekord həddə çatıb. Saksoniya-Anhalt əyalətinin Mökkern-Drevits yaşayış məntəqəsində temperaturun 41,8 dərəcəyədək yüksəldiyi bildirilib.
Mənbə: anews.az