EASA aviaşirkətlərə İran, İraq və Livanın hava məkanından yayınmağı tövsiyə edib
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Yaxın Şərqdə davam edən gərginlik və mümkün hərbi əməliyyatlar fonunda aviaşirkətlərə İran, İraq və Livanın hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edib.Bu barədə "The Times of Israel" EASA-ya istinadən məlumat yayıb.
EASA-nın yaydığı təhlükəsizlik bülleteninə əsasən, tövsiyə avqustun 31-dək qüvvədə olacaq. Agentlik bildirib ki, bölgədə təhlükəsizlik riskləri yüksək olaraq qalır.
Bununla yanaşı, EASA Bəhreyn, Küveyt, İsrail, İordaniya, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hava məkanında ehtiyatlı uçuşlarla bağlı əvvəlki bülleteni geri götürdüyünü açıqlayıb. Agentlik həmin ölkələr üzrə yeni tövsiyə xarakterli bülletenin yayımlanıb-yayımlanmayacağı barədə hələ məlumat verməyib.
Mənbə: anews.az