Image

ABŞ yenidən İrana zərbələr endirməyə başlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əlavə zərbələr endirməyə başladığını açıqlayıb. Bu barədə qurum "X" sosial şəbəkəsində paylaşım edib.

CENTCOM-un məlumatına görə, zərbələr ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilir və məqsəd İranın Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək imkanlarını daha da zəiflətməkdir.

Komandanlıq bildirib ki, əməliyyat İranın Hörmüz boğazında gəmiçiliyə nəzarət və onu təhdid etmək qabiliyyətinin məhdudlaşdırılmasına yönəlib.

Mənbə: anews.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib