Image

ABŞ Prezidenti İranla razılaşma bağlamaq istəmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranla yeni razılaşma bağlamaq istədiyinə əmin olmadığını bildirib və Vaşinqtonun əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu deyib. O, bu açıqlamaları Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə verib.

Tramp bildirib ki, əvvəllər İran rəhbərliyini daha rasional hesab etsə də, son həftələrdə atılan addımlar bu fikrini dəyişib.

"Onları daha yaxşı tanıdım. Düşünürdüm ki, daha rasionaldırlar, amma son bir-iki həftədə atdıqları addımlar göstərdi ki, onlar İran xalqının maraqlarına xidmət etmirlər", – ABŞ prezidenti deyib.

Onun sözlərinə görə, Tehran razılaşma əldə etmək istəyir, lakin bunu necə edəcəyini bilmir.

"Mən onlarla razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Oyun oynaya bilərik, amma razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Gəlin, sadəcə işi yekunlaşdıraq", – Tramp əlavə edib.

ABŞ prezidenti bir daha vurğulayıb ki, Vaşinqtonun əsas tələbi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O, həmçinin Tehranın son hərəkətlərini, o cümlədən gecə saatlarında gəmilərə hücumları tənqid edib.

Tramp bildirib ki, İranla hərbi əməliyyatların yenidən başlanacağını gözləmir. Bununla belə, o qeyd edib ki, münaqişə bərpa olunarsa, ABŞ İranın addımlarına daha genişmiqyaslı zərbələrlə cavab verəcək və uzunmüddətli qarşıdurma niyyətində deyil.

Mənbə: anews.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib