Image

Ancelotti ÇL matçı öncəsi Arda Gülərlə görüşdü: "Hazır ol"

Çempionlar Liqasının yarımfinal cavab matçında "Bayern"i qəbul edəcək "Real Madrid"də Arda Gülərlə bağlı yeniliklər yaşanır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, böyük matç öncəsi baş məşqçi Karlo Ançelotti son matçlarda oynamaq şansı verdiyi Arda Gülərlə xüsusi görüş keçirib.

İddilara görə, İtalyan çalışdırıcı gənc istedada "Bayern" ilə matça hazır olmasını söyləyərək "Arda, hazır olmanı istəyirəm. İkinci hissədə və ya əlavə vaxtda sənə ehtiyacım ola bilər", - deyib.

"Real Sosyedad" matçında qol vuraraq komandasına 3 xal qazandıran gənc istedad "Kadis" matçında da ilk 11-likdə meydana çıxıb və performansı yüksək qiymətləndirilib və oyundan ayrılarkən azarkeşlər tərəfindən alqışlanıb.

Cari mövsümdə 9 matçda meydana çıxan 19 yaşlı futbolçu ona verilən şansdan yaxşı istifadə edib və toplam oynadığı 232 dəqiqə ərzində 2 qol vurub.

Qeyd edək ki, "kral klubu" revanş oyununda alman nəhəngini turnirdən kənarlaşdırmaq və adını finala yazdırmaq istəyir. Qarşılaşma sabah İspaniyada keçiriləcək.

İlk görüş 2:2 hesablı heç-heçə ilə bitib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti