Nazir: Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək, eksklav kənd məsələləri həllini tapacaq
Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə iş gedir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin ilkin müsbət nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.
Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.
Mənbə: anews.az