Image

Ukrayna ordusu Azov dənizində 12 tanker, yedək və yük gəmlərinə zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri iyulun 9-na keçən gecə Rusiyanın hərbi və hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə bir sıra mühüm hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Azov dənizində Rusiyaya məxsus 12 tanker, bir yedək gəmisi və bir quru yük gəmisi vurulub.

Bildirilib ki, gəmilər Rusiya qoşunlarının yanacaq-sürtkü materialları ilə təmin edilməsində, həmçinin beynəlxalq sanksiyalardan yan keçməklə neft və neft məhsullarının daşınmasında istifadə olunub. Ukrayna tərəfinin iddiasına görə, bu gəmilər enerji daşıyıcılarının ixracını təmin etməklə Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsində mühüm rol oynayır.

Ukrayna tərəfi həmçinin Rusiyanın Rostov vilayətinin Bataysk şəhərində yerləşən "Yuq Rusi" neft terminalına da zərbə endirildiyini bildirib.

Məlumata əsasən, terminal ərazisində yanğın qeydə alınıb. Qeyd olunub ki, obyekt həm neft məhsullarının ixracı, həm də cənub istiqamətində fəaliyyət göstərən Rusiya qoşunlarının yanacaqla təminatı üçün istifadə olunur.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Sorokino rayonu yaxınlığında yerləşən Rusiya qüvvələrinə məxsus sursat anbarının da vurulduğunu açıqlayıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib