Image

İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır - Kats

İsrail Müdafiə Qüvvələri (IDF) yüksək döyüş hazırlığı vəziyyətindədir və İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

"Times of Israel" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats Hatserim aviabazasında pilotların buraxılış mərasimində çıxışı zamanı bildirib.

Kats deyib ki, İsrail hərbçiləri hava üstünlüyünü qorumağa və ölkəyə yönələn təhdidləri aradan qaldırmaq məqsədilə, zərurət yaranarsa, İrana yenidən zərbələr endirməyə hazırdır.

"Əgər qayıtmağımız lazım gələrsə, daha böyük güclə qayıdacağıq", – deyə müdafiə naziri bildirib.

Mənbə: anews.az

Xəbər lenti