Image

Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib

İran ABŞ-dən danışıqların davam etdirilməsini xahiş edib və Vaşinqton buna razılıq verib. ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, ABŞ İran tərəfinə atəşkəs rejiminin artıq başa çatdığını açıq şəkildə çatdırıb.

"İran İslam Respublikası bizdən danışıqları davam etdirməyi xahiş etdi. Biz buna razılaşdıq, lakin Birləşmiş Ştatlar onlara birmənalı şəkildə bildirdi ki, atəşkəs rejimi başa çatıb", – Tramp paylaşımında bildirib.

Mənbə: anews.az

Xəbər lenti