Image

Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Şahbaz Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Tərəflər regionda yaranmış vəziyyəti müzakirə edərək, son aylarda əldə olunan sülh nailiyyətlərinin qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə qərəzsiz və səmimi vasitəçi kimi rolunu oynamağa hazır olduğunu bir daha bəyan edib.

Söhbət zamanı, həmçinin Pezeşkianın bu yaxınlarda İslamabada səfəri çərçivəsində əldə olunan razılaşmaların icrası və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub.

Mənbə: anews.az

Xəbər lenti