Image

İran ABŞ ilə gələn həftə keçiriləcəyi deyilən danışıqlar barədə xəbərləri təkzib edib - Yenilənib

İran gələn həftə ABŞ ilə danışıqların yeni raundunun keçiriləcəyi barədə KİV-də yayılan məlumatları təkzib edib və onları əsassız adlandırıb.Bu barədə İranın "Fars" agentliyinə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, İslamabadda danışıqlara hazırlığın başa çatması və tərəflər arasında texniki məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bildirilib ki, danışıqlar prosesi ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, bu barədə məlumat yalnız İranın rəsmi kanalları vasitəsilə açıqlanacaq.

 

***

ABŞ və İran arasında danışıqların yeni raundunun gələn həftə keçirilməsi gözlənilir. Görüşün İsveçrədə baş tuta biləcəyi bildirilir.Bu barədə "Axios" məlumatlı mənbəyə istinadən xəbər verib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla qüvvədə olan qarşılıqlı anlaşma memorandumunun artıq etibarlı olmadığını bəyan edib. O bildirib ki, ABŞ-nin İran obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranla əvvəlki formatda danışıqların davam etdirilməsi mənasını itirib.

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu iyunun 17-də imzalanmışdı. Sənəd hərbi əməliyyatların dayandırılmasını və tərəflər arasında uzunmüddətli razılaşmaya nail olmaq məqsədilə 60 gün ərzində danışıqların aparılmasını nəzərdə tuturdu.

Mənbə: anews.az

Xəbər lenti