Image

Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib

Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 4 118 nəfərə çatıb.Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes "Telegram" kanalında məlumat yayıb. 

Rəsmi məlumata görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb.

Bildirilib ki, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Xəstəxana və digər tibb müəssisələrində 29 966 nəfərə tibbi yardım göstərilib, 86 794 ailəyə dəstək verilib və zəlzələ zonasına 9 766 ton ərzaq çatdırılıb. 

İyunun 24-ü axşam Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Yarakuy ştatında, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.

Mənbə: anews.az

Xəbər lenti