Azərbaycan XİN Monqolustanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı Milli Bayramı münasibətilə təbrik edib.
XİN-in "X" sosial media platformasında paylaşdığı təbrikdə Monqolustan hökumətinə və xalqına səmimi arzular çatdırılıb.
"Monqolustan Hökumətini və xalqını Milli Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq", - paylaşımda bildirilib.
Mənbə: anews.az