İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
Prezident İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Məktubda Prezident İlham Əliyev Monqolustan xalqına sülh, firavanlıq və rifah arzulayıb, Azərbaycan ilə Monqolustan arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ikitərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə inandığını ifadə edib.
Mənbə: anews.az