Image

İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib

İran Yaxın Şərqdə yerləşən ABŞ hədəflərinə hücumlara başlayıb.Bu barədə Press TV məlumat yayıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmiyə hücumuna cavab olaraq ölkənin bir sıra hərbi hədəflərinə zərbələr endirdiyini açıqlamışdı. İran mediasının məlumatına görə, zərbələr nəticəsində Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, Qeşm adasında, həmçinin Buşehr əyalətinin bəzi ərazilərində və Əsəluyədə partlayışlar qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti