Qətərin keçmiş əmiri vəfat edib
Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. Bu barədə əmirin ofisi X sosial media platformasında məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər vəfat edib.
Şeyx Həməd bin Xəlifə Al Tani 1995-ci ildən 2013-cü ilədək Qətərə rəhbərlik edib və daha sonra hakimiyyəti oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib. O, Qətərin müasir dövlət kimi formalaşmasında və beynəlxalq nüfuzunun artmasında mühüm rol oynamış siyasi liderlərdən biri hesab olunur.
Mənbə: anews.az