Image

Pakistan İran və ABŞ-yə çağırış edib

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığında ABŞ və İranı gərginliyin azaldılması istiqamətində addımlar atmağa və təmkin nümayiş etdirməyə çağırıb.Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, nazirlər regionda inkişaf edən vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dar tərəfləri 2026-cı ilin iyununda İslamabadda əldə olunmuş anlaşmaya uyğun davranmağa çağırıb.

Pakistanlı nazir mübahisələrin həlli, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunması üçün yeganə real yolun dialoq və diplomatiya olduğunu bildirib.

O, Pakistanın regional sülh və sabitliyin təşviqi və qorunması istiqamətində konstruktiv rol oynamağa hazır olduğunu bir daha vurğulayıb.

Tərəflər yaxın təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu