Image

Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı "Könüllülər Koalisiyası"nın liderlər sammitində iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edəcək.Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Hakan Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək və keçirdiyi görüşlərdə Ukraynadakı vəziyyəti tərəfdaş ölkələrin nümayəndələri ilə müzakirə edəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Fidan çıxışı zamanı Ankaranın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayacaq. O, həmçinin Rusiya-Ukrayna müharibəsində son vəziyyət və münaqişənin diplomatik yolla başa çatdırılması istiqamətində aparılan səylərlə bağlı Türkiyənin mövqeyini təqdim edəcək.

Nazirin Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən birbaşa danışıqlar masası arxasında bir araya gətirməyə hazır olduğunu bəyan edəcəyi gözlənilir. Fidanın, həmçinin Qara dənizdə təhlükəsizlik və sabitliyin qorunmasının Ankara üçün strateji prioritet olduğunu bildirərək, bu istiqamətdə beynəlxalq səylərə dəstək verməyə hazır olduqlarını qeyd edəcəyi gözlənilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu