Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri iyulun 12-nə keçən gecə Azov və Qara dənizlərində Rusiyaya məxsus 14 gəmini vurduğunu açıqlayıb. Məlumat Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında dərc olunub.
Açıqlamaya görə, "Ptaxi Madyara" 414-cü əlahiddə briqadasının 9-cu "Kayros" taboru, 1-ci əlahiddə mərkəz və "Nemesis" 412-ci briqadasının operatorları Azov dənizində 10 tankeri vurublar. Bildirilir ki, 1-ci əlahiddə mərkəzin operatorları daha bir gəmini Azov dənizində, "Reyd" 413-cü əlahiddə alayının operatorları isə işğal altında olan Krımın Kerç şəhəri yaxınlığında üç gəmini hədəfə alıblar.
Mənbə: anews.az