Image

Qətərdə 4 günlük matəm elan edilib

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.

Qətər əmirinin dəftərxanasının yaydığı məlumata görə, matəm müddətində ölkə üzrə dövlət bayraqları yarıyadək endiriləcək. Həmçinin iyulun 13-dən etibarən nazirliklərin və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu