Ukraynanın Baş naziri istefa verəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə yenilənmiş siyasi strategiyanın həyata keçirilməsi məqsədilə hökumətdə və digər dövlət qurumlarında kadr dəyişikliklərinə başlanacağını bildirib.
Zelenski "Telegram" kanalında yazıb ki, Ukraynanın hər bir prioritet xarici siyasət istiqaməti üzrə liderlər səviyyəsində əldə olunan razılaşmaların və ölkə vətəndaşlarının gözləntilərinin icrasına böyük təcrübəyə malik konkret şəxslər cavabdeh olacaq.
Onun sözlərinə görə, siyasi strategiyadakı dəyişikliklər daxili idarəçiliyi də əhatə edəcək.
Zelenski bildirib ki, Baş nazir Yuliya Sviridenko ilə keçirdiyi müzakirələr nəticəsində Nazirlər Kabinetinin yenilənməsinin zəruri olduğu qənaətinə gəlib. Prezident Sviridenkoya baş nazir vəzifəsində fəaliyyətinə görə təşəkkür etdiyini və ona Ukraynanın əsas tərəfdaşlarından biri ilə münasibətlər üzrə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif etdiyini bildirib.
Prezident, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin planlaşdırıldığını açıqlayıb, lakin əlavə təfərrüat verməyib.
Mənbə: anews.az