Image

İsraildə parlament seçkilərinin tarixi açıqlanıb

İsraildə növbəti parlament seçkiləri 2026-cı il oktyabrın 27-də keçiriləcək. Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Bu tarix Knessetin işlər üzrə komissiyasının iclasında komissiyanın sədri, hakim "Likud" partiyasından deputat Ofir Kats tərəfindən açıqlanıb. 

Knessetin hazırkı – 25-ci çağırışı dörd illik səlahiyyət müddətini tam başa vuracaq və iyulun 17-də buraxılacaq. Bu, İsrail parlamentinin 1988-ci ildən bəri ilk dəfə tam mandatını başa vurması olacaq. 

İsrail qanunvericiliyinə əsasən, Knessetin səlahiyyət müddəti dörd ildir. Mərkəzi Seçki Komissiyası hələ 2023-cü ildə parlament vaxtından əvvəl buraxılmadığı təqdirdə növbəti seçkilərin 2026-cı il oktyabrın 27-də keçiriləcəyini müəyyən etmişdi. Son aylarda Knessetin vaxtından əvvəl buraxılması ehtimalı müzakirə olunsa da, parlament tam mandatını başa vuracaq. 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu