Image

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib

ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.Bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar Kubanın Turizm Nazirliyini, bir sıra hərbiləşdirilmiş strukturları, o cümlədən xüsusi təyinatlı bölmələri və ərazi müdafiə qüvvələrini, həmçinin bir neçə idxal-ixrac şirkətini əhatə edir.

ABŞ iyun ayında da Kuba Prezidenti Migel Dias-Kanelə, eləcə də ölkənin bir sıra dövlət qurumlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Mənbə: anews.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq