Image

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniyaya başlayır

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Vaşinqtonun "suverenliyinə təhdid" yaratdığını əsas gətirərək məhkəməyə qarşı hökumət miqyasında kampaniyaya başlayacağını açıqlayıb. 

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib ki, kampaniya BCM-nin ABŞ hərbçiləri və rəsmilərini hədəfə almaq, eləcə də Amerika suverenliyini təhdid etmək imkanlarını məhdudlaşdırmağa yönəlmiş tədbirləri əhatə edəcək. 

Bəyanata əsasən, planlaşdırılan tədbirlər sırasında BCM əməkdaşlarının ABŞ vizalarının ləğvi, ölkəyə girişlərinin qadağan edilməsi, məhkəmə və onunla əlaqəli qurumlara qarşı sanksiyaların genişləndirilməsi, həmçinin digər dövlətlərin BCM ilə əməkdaşlıqdan çəkindirilməsi yer alır. 

ABŞ Prezidenti Donald Tramp 2025-ci il fevralın 6-da BCM-nin ABŞ və onun müttəfiqi İsrailə qarşı qanunsuz hərəkətlər etdiyini bildirərək, məhkəmə rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. 

Mənbə: anews.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq