Image

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib

Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb.Bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.

Rodriqes bildirib ki, 17 907 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 33 085 nəfər tibb müəssisələrində müalicə alıb, 128 324 ailəyə humanitar yardım göstərilib, 20 231 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib və zərərçəkənlərə 10 063 ton ərzaq paylanıb.

İyunun 25-nə keçən gecə Venesuelanın şimalında 39 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ baş verib. BMT-nin İnkişaf Proqramı fəlakətin vurduğu iqtisadi ziyanı təxminən 6,7 milyard ABŞ dolları həcmində qiymətləndirir. Axtarış-xilasetmə əməliyyatları davam edir. 

Mənbə: anews.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq