Image

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

Macarıstan parlamenti Prezident Tamaş Şuyokun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan konstitusiya dəyişiklikləri paketini qəbul edib.Bu barədə "Telex" məlumat yayıb.

Sənəd parlamentdə 139 səslə qəbul edilib, altı deputat əleyhinə səs verib. Keçmiş Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "Fides" Partiyasının fraksiyası və Xristian Demokrat Xalq Partiyası səsverməni boykot edib. "Fides" fraksiyasının rəhbəri Qergey Quyaş etiraz əlaməti olaraq istefa verib. 

Qanuna əsasən, Prezident Tamaş Şuyokun sənədi imzalamaq və ya Konstitusiya Məhkəməsinə göndərmək üçün beş günü var. Sənəd imzalanmasa, onun vəzifədən kənarlaşdırılması proseduruna başlanıla bilər. 

Peter Madyar apreldə keçirilən parlament seçkilərində qələbə qazandıqdan sonra dəfələrlə Prezident Şuyoku istefaya çağıraraq onun əvvəlki hakimiyyətin maraqlarını təmsil etdiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq