Azeri Light nefti 81 dolları ötüb
Dünya bazarında Azərbaycanın Azeri Light markalı nefti bahalaşaraq bir barel üçün 81,29 ABŞ dollarına yüksəlib. Qiymət əvvəlki hərracla müqayisədə 3,38 dollar və ya 4,3% artıb.
Eyni zamanda, Brent markalı neftin sentyabr fyuçersləri 77,32 dollar səviyyəsində ticarət olunub. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light neftinin qiyməti isə 3,3 dollar və ya 4,4% artaraq 78,36 dollar təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində götürülüb.
Mənbə: anews.az