Image

Kreml Böyük Britaniya və Aİ-nin kiberhücum ittihamlarını rədd edib

Kreml Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı irəli sürdüyü kiberhücum ittihamlarını rədd edib. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu ittihamların hamısını rədd edirik. Bildiyiniz kimi, Rusiya uzun illərdir heç bir aidiyyəti olmadığı məsələlərdə ittiham olunur. Bu ittihamlar həmişə əsassız olub. Onlar heç vaxt sübutlarla təsdiqlənmir və biz indiyədək heç bir dəlil görməmişik.

Sanksiyalara gəlincə isə, biz onları ənənəvi olaraq qeyri-qanuni hesab edirik. Ölkəmizə qarşı tətbiq olunan on minlərlə sanksiyaya uyğunlaşmışıq. Bu məhdudiyyətlərdən yan keçməyi və onların mənfi təsirini minimuma endirməyi öyrənmişik. Bundan sonra da belə etməyə davam edəcəyik", – Dmitri Peskov vurğulayıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti