Image

Gürcüstan bu il azı 4 min qanunsuz miqrantı deportasiya etməyi planlaşdırır

 

Gürcüstan bu il azı 4 min qanunsuz miqrantı ölkədən deportasiya etməyi planlaşdırır. Bu barədə jurnalistlərə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, ötən il Gürcüstanda təxminən 20 min qanunsuz miqrant olub.

"Son bir ildə Gürcüstandan deportasiya edilən qanunsuz miqrantların sayı əvvəlki 10 ilin ümumi göstəricisini ötüb. Bu il üçün nəzərdə tutulan plana əsasən, azı 4 min qanunsuz miqrant ölkədən çıxarılacaq. Bunun nəticəsində yaxın dörd il ərzində bu problemi tamamilə aradan qaldırmağı planlaşdırırıq", – deyə İrakli Kobaxidze bildirib.

Bu ilin əvvəlindən indiyədək Gürcüstandan 2 203 qanunsuz miqrant deportasiya olunub ki, bu da 2025-ci ilin ümumi göstəricisindən 70% çoxdur.

Aytac

Mənbə: anews.az

Xəbər lenti