21 il sonra Avroviziya səhnəsinə çıxan Sertab Erener Bakıya gələcək - FOTO
21 ildən sonra Avroviziya səhnəsində fırtına qoparan məşhur müğənni Sertab Erener Bakının qonağı olacaq.
BAKU.WS xəbər verir ki, sənətçi payız aylarında paytaxtda sevənləri qarşısında çıxış edəcək.
İfaçı illərdir hit olan və sevilən kompozisiyaları ilə azərbaycanlı fanatlarına unudulmaz gecə yaşadacaq.
Xatırladaq ki, yüzlərlə populyar mahnıya imza atan ifaçı Avroviziya 2003-ün qalibi olub.
O qardaş ölkə Türkiyəni “Everyway That I Can” mahnısı ilə təmsil edərək birincilik gətirib.
BAKU.WS

Mənbə: baku.ws