Image

Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Episentri təxminən 679 min nəfər əhalisi olan General-Santos şəhərindən 87 km cənubda və Saranqani bələdiyyəsindən 34 km qərb-cənub-qərbdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə: anews.az

Xəbər lenti