Mbappenin vida videosu PSJ-ni təəccübləndirdi
PSJ rəhbərliyi hücumçu Kilian Mbappenin cari mövsümün sonunda Paris klubundan ayrıldığını bildirdiyi videonu çəkməsindən xəbərsiz olub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Équipe" jurnalının jurnalisti Loik Tanzi məlumat verib.
Mənbənin sözlərinə görə, Mbappe bu videonu sirr saxlamağa çalışıb. PSJ-nin bir neçə nümayəndəsi, eləcə də klubun strateji müşaviri Lukaş Kampuş onun varlığından xəbərdar olub. Eyni zamanda, videonun yaxın vaxtlarda yayımlanacağı ilə bağlı klub prezidenti prezidenti Nasser Əl-Xələfi məlumatlandırılmayıb.
PSJ-nin bu videodan təəccübləndiyi vurğulanır, buna görə də Paris klubu Mbappenin ayrılacağı ilə bağlı açıqlamasına heç bir reaksiya verməyib.
Xatırladaq ki, fransalı 2018-ci ildən PSJ-də çıxış edir. Onun İspaniya nəhəngi "Real Madrid" ilə müqaviə imzaladığı və transferin AVRO-2024-dən öncə açıqlanacağı gözlənilir.
BAKU.WSMənbə: baku.ws