"Seltik" Şotlandiya çempionatının qalibi olub
"Seltik" Şotlandiya çempionatında 2023/2024 mövsümünün qalibi olub.
Gundem.az xəbər verir ki, XXXVI tur çərçivəsində əzəli rəqibi "Reyncers"i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 87-ə çatdıran "ağ-yaşıllar" ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıblar.
Qeyd edək ki, vaxtından əvvəl çempionluğunu rəsmiləşdirən "Seltik" tarixi ərzində 54 dəfə ölkənin ən güclüsü olub. (sfera.az)
Mənbə: gundem.az